Dünən, iyunun 14-də Millətlər Liqasında Niderland öz meydanında Uelsi 3:2 hesabı ilə məğlub edib.
Fanat.Az xəbər verir ki, A Liqasının 4-cü qrupunda baş tutan görüş Lui van Qalın komandasının qollarından birini vuran Memfis Depay üçün əlamətdar olub.
Milli formasıyla 42-ci qoluna imza atan Depay yığma tarixinin ən yaxşı bombardirləri siyahısında Klas-Yan Huntelara çataraq ikinci yerə şərik çıxıb.
Niderland seçməsində ən çox rəqib qapılarına yol tapan oyunçu isə Robin van Persidir. Artıq karyerasını bitirmiş van Persi 50 qol vurub.
Nihat