Dəniz Yılmaz oynadı, “Bursaspor” xal itirdi

Dəniz Yılmaz oynadı, “Bursaspor” xal itirdi

Futbol üzrə Türkiyə Super Liqasında XI  turun oyunları keçirilir. Fanat.Az  xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Dəniz Yılmazın komandası - "Bursaspor" da növbəti matçına çıxıb. 

Bursa klubu doğma meydanda "Akhisar"la üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 0:0. 

Yılmaz bu görüşə də start heyətdə başlayıb və 90 dəqiqə meydanda olub. O, 53-cü dəqiqədə sarı vərəqə də alıb. 

Qeyd edək ki, "Bursaspor" hazırda 21 xalla 18 klub arasında 3-cü pillədə qərarlaşıb. 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər