"Mançester Yunayted” qapıçısı David de Xea ilə yolları ayıra bilər.
Fanat.Az xəbər verir ki, İngiltərə təmsilçisi ispaniyalı qapıçının əvəzinə "Atletiko”dan Yan Oblakı transfer etmək niyyətindədir.
"Qırmızı şeytanlar" alqı-satqı çərçivəsində De Xeanın Madrid klubuna keçidinə razıdır. Oblakın transfer qiyməti 70 milyon funt sterlinq təşkil edir. Amma Davidin keçidi bu qiyməti aşağı sala bilər.
Qeyd edək ki, sloveniyalı qapıçı başa çatan mövsümdə "Atletiko” ilə İspaniya çempionu olub.
Fanat.Az