De Xea Ronaldudan danışdı: "İnsan ona heyran olur"

De Xea Ronaldudan danışdı: "İnsan ona heyran olur"

"Mançester Yunayted"in qapıçısı David De Xea (David De Gea) komandanın yeni transferi portuqaliyalı ulduz Kriştianu Ronaldu (Cristiano Ronaldo) barədə danışıb.

Fanat.Az "Mirror" nəşrinə istinadən xəbər verir ki, 30 yaşlı əlcək ustası Ronaldunun özünə qulluq etməsinə heyran olduğunu dilə gətirib:

"Ronaldunun hər gün idman zalında necə çalışdığını, özünə qarşı necə davrandığını, vücuduna və sağlamlığına necə diqqətlə yanaşdığını görəndə insan ona heyran olur. O, möhtəşəmdir".

Xatırladaq ki, MY-ya qayışından sonra Ronaldu çıxış etdiyi hər oyunda fərqlənməyə müvəffəq olur. "Qırmızı şeytanlar" növbəti matçını sentyabrın 25-i "Aston Villa"ya qarşı keçirəcək.

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər