De Xea derbini buraxacaq - SƏBƏB

De Xea derbini buraxacaq - SƏBƏB
İngiltərənin "Mançester Yunayted” klubunun qapıçısı David De Xea Premyer Liqanın 27-ci turu çərçivəsində qarşılaşacaqları "Mançester Siti” ilə oyunda iştirak etməyəcək.
 
Fanat.Az xəbər verir ki, bu barədə "qırmızı şeytanlar”ın rəsmi saytı məlumat yayıb.
 
Xəbərdə David De Xeanın qız övladı dünyaya gəlib. Bu üzdən də ispan qolkiper ölkəsinə yollanıb. Baş məşqçi Ule-Qunnar Sulşer De Xeanın bir müddət İspaniyada qalacağını və ailəsiylə vaxt keçirəcəyini söyləyib.
 
Qeyd edək ki, sabah keçiriləcək "Mançester Siti” – "Mançester Yunayted” matçına Bakı vaxtı ilə saat 20:30-da start veriləcək.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər