De Xea da Ərəbistandan təklif alıb - Cavabı nə olub? 

De Xea da Ərəbistandan təklif alıb - Cavabı nə olub? 

Daha bir ulduz futbolçu Səudiyyə Ərəbistanından təklif alıb. 

Fanat.Az xəbər verir ki, söhbət "Mançester Yunayted"in qapıçısı David De Xeadan gedir. 

Bu barədə "talkSPORT" məlumat yayıb. 

Ancaq 32 yaşlı ispaniyalı qolkiper yüksək gəlirli təklifi geri çevirib. Xəbərə görə, tərəflər arasında bir müddət öncə danışıqlar aparılıb. Ancaq De Xea "Mançester Yunayted"də qalmaq istəyidiyini bildirirərək, ərəblərə razılıq verməyib. 

Qeyd edək ki, İspaniya millisinin sabiq qolkiperi 2011-ci ildən "qırmızı şeytanlar"ın formasını geyinir. Onun İngiltərə klubu ilə cari sözləşməsi 2023-cü ilin yayına qədərdir.

Xatırladaq ki, bir müddət öncə baş məşqçi Erik ten Haq mətbuata açıqlamasında De Xeaya əsas heyət sözü vermədiyini bildirmişdi. 

Röya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər