"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola İngiltərə Premyer Liqasının 28-ci turunda keçirilən matçın - "Liverpul"la oyunun (1:1) 69-cu dəqiqəsində əvəzlənərkən narazılığını bildirilən Kevin De Bröynenin hərəkətindən danışıb.
Fanat.Az xəbər verir ki, "The Telegraph" Qvardiolanın dediklərini belə çatdırıb:
"Bu, mənim xoşuma gəlir. Onun kefinin pozulması yaxşı haldır. Mən meydanda nə çatmadığını bilirdim. Onu əvəzləyəndən sonra daha yaxşı oynamağa başladıq.
Kevinə nə demək istəyirəm? O, bizim üçün vacib və lazımlı oyunçudur. Amma rəqib ikinci hissədə qol vurandan sonra oyuna nəzarət etməyə başlamışdı. Vəziyyəti dəyişmək üçün meydana topu özündə saxlaya bilən oyunçu buraxmalıydım. Söhbət pressinqdən, top paylamaqdan getmir. Mateo Kovaçiç bu işi çox yaxşı bacarır. Kevindən də narazı deyiləm. Onun narazılığını da problem saymıram. Hər şey qaydasındadır".
Nihat