Danimarka millisinin üzvü İngiltərə klubunda - RƏSMİ

Danimarka millisinin üzvü İngiltərə klubunda - RƏSMİ

İngiltərənin "Brayton" klubu yeni müdafiəçi transfer edib.

Fanat.Az xəbər verir ki, "qağayılar" Şotlandiyanın "Seltik" klubundan Mett Oraylini sıralarına cəlb edib.

Məlumatı Premyer Liqa təmsilçisinin mətbuat xidməti yayıb. 23 yaşlı futbolçu 5 illik müqaviləyə imza atıb.

Qeyd edək ki, Danimarka millisində 2 oyun keçirməyə imkan tapan Mett "Seltik"in heyətində 124 matça çıxaraq 27 qol müəllifi olub.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər