Dani Alvesin yeni klubu rəsmən müəyyənləşdi - FOTO

Dani Alvesin yeni klubu rəsmən müəyyənləşdi - FOTO

8 il "Barselona"da çıxış etdikdən sonra Kataloniya təmsilçisindən ayrılan Dani Alves karyerasını İtaliyada davam etdirəcək. Fanat.az xəbər verir ki, əvvəlcədən də məlum olduğu kimi o, "Yuventus"la anlaşıb.

"Sambaçı" artıq Turinə yollanıb. Bu barədə məlumat klubun rəsmi "twitter" hesabında qeyd olunub. 33 yaşlı oyunçu tibbi baxışdan keçdikdən sonra 2 illik sözləşməyə qol çəkəcək. Təcrübəli müdafiəçi hər ili üçün 4 milyon avro maaş alacaq.

Qeyd edək ki, Alves "Sevilya" və "Barselona"da çıxış etdiyi müddətdə 3 Çempionlar Liqası, 2 Avropa Liqası, 4 Superkubok, 6 La Liqa, 5 İspaniya Kuboku və 6 İspaniya Superkubokunu qazanıb.

Dani Alvesin yeni klubu rəsmən müəyyənləşdi - FOTO

Fanat.az 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər