Daha bir ulduz Səudiyyə Ərəbistanına "axır"

Daha bir ulduz Səudiyyə Ərəbistanına "axır"

Portuqaliyalı hücumçu Jota (Joao Pedro Neves Filipe) karyerasını Səudiyyə Ərəbistanı çempionatında davam etdirə bilər.

Fanat.Az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano sosial şəbəkə hesabında paylaşım edib.

Mənbənin məlumatına görə, “Əl-İttihad” 24 yaşlı futbolçu ilə müqavilə bağlamaqda maraqlıdır. Tərəflər artıq danışıqlar aparıblar və razılıq əldə etməyə yaxındırlar.

Jota ötən mövsüm Şotlandiya "Seltik"inin heyətində 43 matçda iştirak edib. O, 15 qol vurub, 12 məhsuldar ötürmə edib. "Transfermarkt"  futbolçunun dəyərini 13 milyon avro qiymətləndirir.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər