Daha bir ulduz Çinə getdi

Daha bir ulduz Çinə getdi
Daha bir ulduz futbolçu Çin çempionatına üz tutub. Fanat.Az xəbər verir ki, Con Obi Mikel "Tianjin Teda" ilə anlaşıb.
10 ildir "Çelsi"də top qovan nigeriyalının keçidi pulsuz baş tutub. Çünki onun London klubu ilə anlaşması yekunlaşmışdı. Bununla da "Çelsi" qış fasiləsində Oskardan sonra ikinci futbolçunu Çinə göndərib.
Qeyd edək ki, Con Obi Mikel 2006-cı ildə Norveçin "Lin" klubundan "Çelsi"yə 20 milyon avroya transfer olunmuşdu.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər