Daha bir idmançımız olimpiadada!

Daha bir idmançımız olimpiadada!

Azərbaycanın güllə atıcısı Ruslan Lunyov 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. 

Bu barədə yığmanın baş məşqçisi İradə Aşumova məlumat verib.

Onun sözlərinə görə, 27 yaşlı idmançıya olimpiadada iştirak üçün "vayld kart" təqdim olunub. İ.Aşumova seçimin 3 azərbaycanlı atıcı arasından aparıldığını bildirib. Baş məşqçi deyib ki, daha yüksək reytinqi olduğu üçün Beynəlxalq Atıcılıq İdmanı Federasiyası R.Lunyova üstünlük verib.

Azərbaycanlı güllə atıcısı "Rio-2016"da 25 metr məsafəyə kiçik çaplı tapançadan və 10 metr məsafəyə pnevmatik tapançadan 60 atəş açacaq.

Qeyd edək ki, Ruslan Lunyov olimpiadaya vəsiqə qazanan 48-ci idmançıdır.(Report)

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər