Daha 2 hərbçimiz şəhid olub - RƏSMİ

Daha 2 hərbçimiz şəhid olub - RƏSMİ

Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatların qarşısını alarkən Azərbaycan Silahlı Qüvvələrinin daha 2 hərbi qulluqçusu şəhid olub.

Fanat.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bununla da, erməni təxribatlarının qarşısını alarkən şəhidlik zirvəsinə ucalan hərbi qulluqçuların sayı 79-a çatıb.

Qeyd edək ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanla dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər