Dadaşovsuz “Şalke” darmadağına üzüldü

Dadaşovsuz “Şalke” darmadağına üzüldü

Almaniyanın Qərb Regional Liqasında 24-cü turun oyunları keçirilib.

Fanat.Az xəbər verir ki, azərbaycanlı hücumçu Rüfət Dadaşovun formasını geyindiyi “Şalke”nin ikinci komandası da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Oberhauzen”lə qarşılaşıb və böyük hesabla uduzub – 1:4.

Rüfət bu görüşün iştirakçısı olmayıb. Bu mövsüm 9 qol vurmuş futbolçunun adı matçın iştirak ərizəsinə də daxil edilməyib.

“Şalke” bu nəticədən sonra 35 xalla 18 kollektiv arasında 8-ci pillədə qərarlaşıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər