Dadaşov uzun müddətdən sonra azarkeşlər qarşısında oynayacaq

Dadaşov uzun müddətdən sonra azarkeşlər qarşısında oynayacaq
Millimizin futbolçusu Rüfət Dadaşovun çıxış etdiyi ABŞ klubu "Finiks Rayzinq"in matçında uzun müddətdən sonra azarkeşlər olacaq. 
Fanat.Az xəbər verir ki, bu haqda klubun rəsmi saytında məlumat yer alıb. Arizona təmsilçisinin ABŞ Milli Futbol Liqasının (USL) növbəti turunda "Las-Veqas Layts"a qarşı keçirəcəyi matçında minə yaxın fanat iştirak edə biləcək.
Həmin azarkeşlər mövsümi abunə kartına sahib olanlardır. Bu isə Arizonada uzun fasilədən sonra ilk dəfə azarkeşlərin stadionlara buraxılması ilə əlamətdar olacaq. 
"Finiks Rayzinq" -  "Las-Veqas Layts" matçı sentyabrın 12-də Bakı vaxtı ilə saat 06:30-da başlayacaq. Hazırda "Finiks Rayzinq" 11 oyundan 23 xalla B qrupunda liderdir. Aktivində 8 qol olan Rüfət Dadaşov Azərbaycan yığmasının UEFA Millətlər Liqasında Lüksemburq və Kiprlə oyunlarına çağırılmamışdı. 
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər