Dadaşov qoleadorluq bacarığını yenə göstərdi

Dadaşov qoleadorluq bacarığını yenə göstərdi

Berti Foqts dönəmində Azərbaycan millisinə müntəzəm çağırılan Rüfət Dadaşovun komandası "Dinamo” növbəti oyununu keçirib.

 

Fanat.Az xəbər verir ki, IV Bundesliqa təmsilçisi Berlin kubokunun 1/8 final mərhələsində "Türkiyemspor”la üz-üzə gəlib. Dadaşovun komandası səfər matçında hər hissədə bir dəfə fərqlənərək, adını 1/4 finala yazdırıb. 28-ci dəqiqədə hesabı açan Rüfət 60-cı dəqiqədə dublunu rəsmiləşdirib. Meydan sahiblərinin gücü son dəqiqələrdə fərqi minimuma endirməyə çatıb. Həmyerlimizi 84-cü dəqiqədə komanda yoldaşı Rafael Brand əvəzləyib.

 

Qeyd edək ki, Rüfət Dadaşov hazırda IV Bundesliqada 20 qolla bombardirlər yarışına başçılıq edir.

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər