DÇ-də altıncı günün püşkü atıldı

DÇ-də altıncı günün püşkü atıldı

Bakıda keçirilən taekvondo üzrə dünya çempionatında altıncı gününün püşkü atılıb. 

Fanat.Az xəbər verir ki, iyunun 3-də Azərbaycan millisinin daha 2 idmançısı mübarizəyə qoşulacaq. 

62 kq-da rinqə çıxacaq Fatimə Məcidova mundailda debüt görüşünə 1/16 finaldan başlayacaq. O, ilk döyüşünü Kristina Kaspa (İtaliya) - Kiem Bak Ti (Vyetnam) cütünün qalibinə qarşı keçirəcək. 

74 kq çəkidə qüvvəsini sınayacaq Eltac Qafarovun rəqibi 1/32 final qarşılaşmasının nəticəsinə əsasən bəlli olacaq. Təmsilçimiz 1/16 finalda Vasilliy Peruniçiç (Çernoqoriya) - Çarlill Mersyer (Kanada) cütünün güclüsü ilə münasibətinə aydınlıq gətirəcək. 

Qeyd edək ki, dünya çempionatı iyunun 4-də başa çatacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər