Futbol üzrə Portuqaliya millisinin baş məşqçisi Fernandu Santuş komandadakı gələcək planlarını açıqlayıb.
Fanat.Az xəbər verir ki, 67 yaşlı mütəxəssis bu barədə "Desporto.sapo.pt" saytına danışıb:
“Dünya çempionatına vəsiqə qazana bilməsək, gedəcəyəm. Bu haqda danışmağın mənası yoxdur. Amma bu baş verməyək. Dünya çempionatı bizsiz olmayacaq".
Xatırladaq ki, Portuqaliya millisi mart ayında DÇ-2022-yə vəsiqə uğrunda pley-off mərhələsində iştirak edəcək.
Emin