DÇ-2002-də Cənubi Koreya millisinin əsas oyunçularından olmuş Yu San Çxol dünyasını dəyişib.
Fanat.Az xəbər verir ki, bu barədə KBC məlumat yayıb.
Xəbərə görə, pankreas (mədəaltı vəzi) xərçəngindən əziyyət çəkən 50 yaşlı futbol veteranı xəstəliyin 4-cü mərhələsində vəfat edib.
Qeyd edək ki, milli komandada 122 matç keçirən Çxol 18 qola imza atıb. DÇ-2002-də seçmə komanda ilə yarımfinala qədər irəliləyib. Klub karyerasında isə iki dəfə Cənubi Koreya, iki dəfə Yaponoya çempionu olub.
Röya