Almaniya millisinin sabiq futbolçusu Horst Ekkel dünyasını dəyişib.
Fanat.Az xəbər verir ki, veteran yarımmüdafiəçi 89 yaşında həyatla vidalaşıb.
Ekkel 1954-ci ildə İsveçrədə keçirilən dünya çempionatında çempion olan yığmanın sağ qalan son futbolçusu idi.
Sözügedən veteran 1951-ci və 1953-cü illərdə ölkəsinin "Kayzerslautern" klubu ilə Almaniya çempionu adını da qazanmışdı.