Türkiyə futbolunda FETÖ (Fetullahçı Terror Örgütü) və PYD (Paralel Dövlət Yapılanması) ilə bağlı araşdırmalar davam edir.
Fanat.Az xəbər verir ki, MİT-in (Milli İstiparat Təşkilatı) göndərdiyi raporta əsasən bu günə qədər 150-yə yaxın hakim, hakim-inspektor və komitə üzvünün Türkiyə Futbol Federasiyası ilə əlaqələri kəsilib.
Bu gün isə FETÖ ilə bağlılığı olan yeni adlar ortaya çıxıb. TFF sabah hakim-inspektorlar üçün keçirəcəyi seminara adı siyahıya düşən hakim-inspektorları çağırmayıb. Onların araında FIFA referisi Cüneyt Çakırın atası Sərdar Çakır, Fahir Ersoy, Metin Aydoğan, Necdet Erdilek, Turgut Sığıç ve Hasan Başdemir kimi tanınmışların adları var.

Fanat.Az