Cinsi zorakılıqda ittiham olunan Çempionlar Liqasının üçqat qalibi Dani Alves azadlıqdan məhrum olunacaq.
Fanat.Az xəbər verir ki, bu barədə "Antenna-3" telekanalı məlumat yayıb.
Xəbərə görə, Alves 20 yanvar tarixində həbs ediləcək.
Xatırladaq ki, hadisə ötən ilin dekabr ayında Barselonadakı gecə klublarından birində baş verib. Qadın braziliyalının ona toxunduğunu, lakin futbolçunun ətrafının zorakılıq faktını inkar etdiyini bildirib.
Kataloniya polisi iddia edilən zorakılıq faktı ilə bağlı araşdırmaya başlayıb. Qadın Barselonadakı xəstəxanada tibbi müayinədən keçib və polis ondan ifadə alıb.
Röya