Ötən il futbolçu karyerasını başa vuran Cibril Sissenin yeni peşəsi bəlli olub. Sabiq hücumçu bundan sonra DJ kimi çalışacaq.
Bu barədə futbolçunun özü sosial şəbəkədəki hesabı vasitəsi ilə izləyicilərinə məlumat verib. Onun sözlərinə görə, Paristəki Mariah Karey konsertindən öncə Sisse tamaşaçıları coşduracaq.
Qeyd edək ki, Fransa millisinin sabiq üzvü vaxtı ilə "Liverpul", "Marsel", "Latsio", "Panatinaikos" kimi klublarda çıxış edib.
Fanat.az