"Qalatasaray" - "Trabzonspor" (2:1) matçında qırmızı vərəqə aldıqdan sonra qarşılaşmanın baş hakimi Deniz Ateş Bitneli təhdid edən Aykut Dəmirin işinə Türkiyə Futbol Federasiyasının İntizam Komitəsində baxılacaq.
Referiyə "səni ayağından güllələyəcəm" deyən futbolçunu 4-10 oyunluq cəza gözləyir. Bundan başqa matçın sonlarında hakimə qırmızı vərəqə göstərən Salih Dursun və fit sahibinin qərarına etiraz etdiyi üçün meydandan qovulan Kavandaya da 3 oyunluq cəza veriləcəyi bildirilir.
Bundan başqa klub prezidenti Muharrem Ustanın qatıldığı televiziya proqramında söylədiyi sərt açıqlamaların da cəzaya səbəb olacağı istisna edilmir.
Fanat.az