"Mançester Yunayted"in və İngiltərə millisinin sabiq yarımmüdafiəçisi Cessi Linqard karyerasını Asiyada davam etdirəcək.
Fanat.Az xəbər verir ki, sözügedən yarımmüdafiəçi Cənubi Koreyanın "Seul" klubu ilə müqavilə bağlayıb.
Türkiyə və Səudiyyə Ərəbistanından da real təklifləri olan Cessi "Seul" variantına üstünlük verib. Orta xətt oyunçusu azad agent qimində qoşulduğu klubla 2 illik müqavilə bağlayıb.
Xatırladaq ki, Linqard ötən mövsüm "Nottingem Forest"in formasını geyinmişdi. "Məşebəyilər"in sıralarında 20 matçda forma şansı qazanan oyunçu 2 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalmışdı.