Cəmşid Məhərrəmov niyə həbs olunub?

Cəmşid Məhərrəmov niyə həbs olunub?
Bir qədər əvvəl xəbər verdiyimiz kimi, millimizin keçmiş yarımmüdafiəçisi Cəmşid Məhərrəmov saxlanılıb. Sonuncu peşəkar klubu 2017-ci ildə "Rəvan" olan futbolçu təqsirləndirilən şəxs qismində gözaltına alınıb.
Sportinfo.az-ın məlumatına görə, ötən mövsüm Region Liqasında çıxış etmiş Cəmşidin danışılmış oyunlarda iştirakına dair ciddi şübhələr var. İlkin ehtimal belədir ki, onun saxlanılması qeyri-leqal bukmeyker kontorlarıyla əlaqadardır.
Məhərrəmovun müəyyən futbolçularla əlbir olaraq Premyer Liqanın bəzi matçlarına pul qoyuluşu etməsi və danışılmış oyunların təşkilində iştirakı araşdırılır.
Xatırladaq ki, AFFA veteran futbolçunu 2017-ci ilin əvvəlində - formasını geyindiyi "Rəvan"la birlikdə danışlmış oyunlarda iştirak etməsi iddiası ilə peşəkar futboldan kənarlaşdırmışdı. O, karyerası ərzində MOİK, "Karvan", "Bakı", "Kəpəz", "Rəvan" və Türkiyənin "Adanaspor" klublarında çıxış edib, Azərbaycan millisində 5 oyun keçirib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər