“Cəbrayıl”ın rəqibi müəyyənləşdi

“Cəbrayıl”ın rəqibi müəyyənləşdi

UEFA Region Kubokunda Azərbaycanı təmsil edəcək “Cəbrayıl”ın rəqibi müəyyənləşib

Fanat.Az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, "Cəbrayıl" yarışın ilkin mərhələsində Belarusun “Kolos” klubu (24 və 26 iyun) ilə üz-üzə gələcək. 2-ci qrupda mübarizə aparacaq komandalar oyunlarını Şamaxı Olimpiya Kompleksində keçirəcək.

1-ci qrupun matçları isə Bakıda “Ask Arena”da baş tutacaq. Həmin qrupda “Basiani” (Gürcüstan), "Kaskelen" (Qazaxıstan) və "Tallina Zapoos" (Estoniya) mübarizə aparacaqlar.

Qrup matçları iyunun 23 və 29-u aralığı keçiriləcək. 

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər