Cavid Hüseynovun komandası yenə xal itirdi

Cavid Hüseynovun komandası yenə xal itirdi

Region Liqasında 2021/2022 mövsümünün beşinci turunun oyunları keçirilib.

Fanat.Az xəbər verir ki, həftəsonu Paytaxt və Şimal, Cənub, Mərkəz, Şimal-Qərb və Qərb regionu üzrə 11 oyun baş tutub. Turun sürpriz nəticəsi Binədə baş tutub. Millimizin sabiq üzvü Cavid Hüseynovun rəhbəri, eyni zamanda baş məşqçisi olduğu "Cəbrayıl" "Davam"ın müqavimətini qıra bilməyib və beləliklə, ardıcıl ikinci oyunda xal itkisi ilə üzləşib.   

Turun oyunlarının nəticələrini təqdim edirik:

Paytaxt və Şimal regionu

A qrupu

Şirvanovka (Qusar) Qusar Dirçəliş (Bakı) İsgəndər Cavadov BFA (Bakı) Mübariz (Bakı)

Nəticələr:

İCBFA - "Şirvanovka" 1:4 Dirçəliş - "Mübariz" 4:6

B qrupu

Şahdağ (Quba) İrəvan Davam (Bakı) Cəbrayıl

Nəticələr: 

"Cəbrayıl" - "Davam" 1:1 "İrəvan" - "Şahdağ" Quba (oyun sabah keçiriləcək və saat 15:00-da başlayacaq) 

Mərkəz regionu

Mil (Beyləqan) Ağsu Siti Araz (Saatlı) İmişli Füzuli İsmayıllı

Nəticələr:

"İmişli" - "Füzuli" 0:0 "Mil" - "Araz" 3:3 "İsmayıllı" - "Ağsu Siti" 1:5

Cənub regionu

Ümid (Cəlilabad) Astara Ərkivan (Masallı) Qobustan Xan Lənkəran

Nəticələr:

"Qobustan" - "Ümid" 0:1 "Xan Lənkəran" - "Ərkivan" 9:2

Şimal - Qərb və Qərb regionu

Energetik (Mingəçevir) Göyəzən (Qazax) Qoşqar UGİM-2 (Gəncə) Şəki Gəncə Karvan (Yevlax) Ağstafa

Nəticələr:

"Gəncə" - "Energetik" 1:2 "Qoşqar" - "Ağstafa" 2:5 "Şəki" - "Karvan" 2:2    

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər