Cavid Hüseynov 446 gün sonra meydanda

Cavid Hüseynov 446 gün sonra meydanda

Bir neçə gün əvvəl həbsdən çıxan Cavid Hüseynov yaşıl meydanlara qayıdıb. Fanat.Az xəbər verir ki, "Qəbələ"nin futbolçusu "Sumqayıt"la oyunda debüt edib.

Baş məşqçi Roman Qriqorçuk onu 83-cü dəqiqədə Asif Məmmədovun əvəzinə meydana buraxıb. Bununla da Cavidin 446 günlük həsrəti bitib. Hüseynov sonuncu dəfə 2015-ci il avqustun 6-da “Qəbələ” formasını geyinmişdi. Həmin gün yarımmüdafiəçi komandasının Avropa Liqasının III təsnifat mərhələsinin “Apollon”la cavab görüşündə iştirak etmişdi. Vurduğu qolla 1:0 hesablı qələbədə pay sahibi olan Hüseynov 14 aylıq fasilədən sonra yenidən heyətdə yer alıb.

 

Qeyd edək ki, jurnalist Rasim Əliyevin ölümü ilə bağlı həbs edilən futbolçu oktyabrın 12-də azadlığa buraxılıb.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər