"Böyük Dəbilqə"də təxribat - 4 ruspərəst fanat həbs olundu

"Böyük Dəbilqə"də təxribat - 4 ruspərəst fanat həbs olundu

Avstraliya Açıq Çempionatının doqquzqat qalibi Novak Cokoviç "Böyük Dəbilqə" tennis turnirinin builki buraxılışının yarımfinalına yüksəlib. 

Fanat.Az xəbər verir ki, onun pərəstişkarları davranışları ilə turnirə damğa vurublar.

Belə ki, serb tennisçinin fanatlarının üzərində Vladimir Putinin şəkli olan Rusiya bayraqları ilə "silahlanması" və şüarlar səsləndirməsi insidentə səbəb olub. Belədə dörd fanat həbs edilib. 

Bu barədə Avstraliya Tennis Assosiasiyasının bəyanatında deyilir: "Arenanı tərk edərkən tribunada olan 4 nəfər uyğun olmayan bayraqlar və simvollar göstərərək təhlükəsizliyi təhdid ediblər. Daha sonra onlar saxlanılıb".  

Son məlumata görə, təxribatçı fanatlar dindirildikdən sonra sərbəst buraxılıblar. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər