Azərbaycan I Divizionunda XXVIII turun oyun cədvəli məlum olub.
Fanat.Az xəbər verir ki, üç günü əhatə edəcək turun bütün matçları saat 16:00-da start götürəcək.
I Divizion XXVIII tur 8 may (bazar ertəsi)
16:00.“Araz Naxçıvan” – “Səbail-2” “ASCO Arena”
9 may (çərşənbə axşamı)
16:00. MOİK – “Qaradağ Lökbatan” Binə qəsəbə stadionu
16:00. “Qəbələ-2” – “Neftçi-2” Qəbələ şəhər stadionu
16:00. “Turan Tovuz-2” – “Zaqatala” Tovuz şəhər stadionu
10 may (çərşənbə)
16:00. “Zirə-2” – “Qarabağ-2” Binə qəsəbə stadionu
16:00. “Sumqayıt-2” – “İmişli” “Kapital Bank Arena” (ehtiyat meydança)
16:00. “Kəpəz-2” – “Şamaxı-2” Gəncə şəhər stadionu (ehtiyat meydança)
Qeyd edək ki, “Araz Naxçıvan” – “Səbail-2” görüşü Naxçıvan təmsilçisinin müraciəti, “Səbail” klubunun razılığı ilə Muxtar Respublikada keçiriləcək dövlət tədbiri ilə əlaqədar olaraq “ASCO Arena”da reallaşacaq. 10 may tarixdən 8 may tarixinə keçirilmiş görüş “Araz Naxçıvan” – “Səbail-2” oyunu kimi qeyd olunacaq.