Busketsin 3 variantı var - Karyerasını harada davam etdirəcək?

Busketsin 3 variantı var - Karyerasını harada davam etdirəcək?

"Barselona"nın yarımmüdafiəçisi Serxio Buskets gələcək karyerası ilə bağlı dəqiq qərar verməyib.

Fanat.Az tanınmış insayder Ekrem Konura istinadən xəbər verir ki, Kataloniya klubunun rəhbərliyi müqaviləsinin müddəti 2023-cü ilin yayında başa çatacaq futbolçuya yeni anlaşma təklif etməkdə maraqlıdır.

Xəbərə görə, Busketslə iki Səudiyyə Ərəbistanı klubu da maraqlanır və onların hər ikisi təcrübəli oyunçunun maddi tələblərini qarşılamağa hazırdır. Bununla belə, Serxionun ABŞ çempionatında - MLS-də top qovmağa daha çox maraq göstərdiyi və indilik okeanın o tayından real təklif almadığı bildirilib.

Qeyd edək ki, bu mövsüm "Barselona" forması ilə 16 matça çıxan Buskets 1 məhsuldar ötürmə ilə yadda qalıb. Ümumilikdə "blauqrana"da 696 oyun keçirən kapitan 18 qol vurub, 44 dəfə komanda yoldaşlarının fərqlənməsinə şərait yaradıb.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər