Busketsə əvəzedici tapıldı

Busketsə əvəzedici tapıldı

"Barselona" "Mançester Siti"nin yarımmüdafiəçisini gözaltı edib. 

Fanat.Az xəbər verir ki, söhbət Rodridən gedir. 

Məlumatı "Football Insider" yayıb. Xəbərə görə, Kataloniya təmsilçisi Rodrini əfsanəvi futbolçusu Serxio Busketsə əvəzedici olaraq görür. 

Belə ki, Busketsin müqaviləsi mövsümün sonunda başa çatır və onun klubdan gedəcəyi ehtimal olunur. Bu səbəbdən "Barselona" yayda Rodrini heyətinə cəlb etmək niyyətindədir. Ancaq maliyyə məsələsi problem yarada bilər. Çünli "Mançester Siti" İspaniya millisinin 26 yaşlı üzvü üçün 90 milyon avro tələb edir. 

Röya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər