"Bursaspor"dan radikal qərar

"Bursaspor"dan radikal qərar

"Bursaspor" klubu alacaqlarına görə klubdan Türkiyə Futbol Federasiyasına şikayət edən futbolçusu İsmayıl Çokçalışa borcunu ödəyib və onu heyətdən uzaqlaşdırıb.

Fanat.Az xəbər verir ki, Namik Ələskərovun klubu bu barədə açıqlama yayıb:

“Daha əvvəl klubumuzdan Türkiyə Futbol Federasiyasına şikayət edən İsmail Çokçalışın bu günə olan 2 milyon 199 min lirəlik borcu ödənilib. İdarə heyətimizin qərarı ilə futbolçu bundan sonra məşqlərini əsas komanda ilə deyil, Vakıfköy Orhan Özselek Təsislərində davam etdirəcək".

Qeyd edək ki, "Bursaspor" futbolçusuna olan borcunu ödəməsəydi, o, bu axşam avtomatik olaraq azad agent sayılacaq və alacaqlarının qarşılığında transfer vərəqini alaraq istədiyi kluba gedə biləcəkdi. Klub isə borcunu ödəyib onu əsas komandadan kənarlaşdırmaqla bir növ cəzalandırıb.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər