Burak Yılmaz ingilislərin təklifini qəbul etdi

Burak Yılmaz ingilislərin təklifini qəbul etdi

Türkiyə millisinin və "Qalatasaray"ın hücumçusu Burak Yılmaz karyerasını İngiltərədə davam etdirməyə çox yaxındı. 

Forvard Premyer Liqa təmsilçilərindən "Vest Hem"in maraq dairəsindədi.

Yayılan məlumata görə, Burak ingilsilərin etdiyi illik 2,5 milyon avroluq təklifi qəbul edib. Geriyə isə klubların ortaq məxrəcə gəlməsi qalır. Məsələ burasındadı ki, İngiltərə təmsilçisi Yılmazı icarəyə götürmək istəyir. "Sarı-qırmızılar" isə bununla razılaşmır. İstanbul təmsilçisi hətta 7 milyon avroluq təklifə də razı olmayaraq, məbləğin artırılmasını tələb edib.

Qeyd eədk ki, Burak "Qalatasaray"da ilinə 2,8 milyon avro qazanır.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər