Burak Yılmaz avtobus sürücüsü ilə dalaşdı - VİDEO

Burak Yılmaz avtobus sürücüsü ilə dalaşdı - VİDEO

Türkiyə millisinin futbolçusu Burak Yılmaz avtobus sürücüsü ilə dalaşıb.

 

Hadisə 8 dekabr günü Nişantaşında baş verib. Lüks cipi ilə hərəkət edən futbolçu qəflətən avtobusu şoferi ilə mübahisə etməyə başlayıb.

 

Avtobusun şüşəsinə vuraraq qapının açılmasını istəyən Yılmaz sürücü ilə mübahisə edib. Əsəbiləşərək avtobusa minən Yılmaza avtobus şoferinin reaksiyası sərt olub. Kreslonun altındakı çubuğu götürüb futbolçunu vurmaq istəyən sürücü son anda fikrindən dönüb. Avtobusdan enən Burak Yılmazı vətəndaşlar çətinliklə sakitləşdirib. 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər