"Əl-Əhli"nin yarımmüdafiəçisi Qabriel Veyqa "Çelsi", "Liverpul" və "Barselona" kimi klublar onu heyətində görmək istədiyi halda, niyə Asiyaya yollandığının səbəbini açıqlayıb.
Fanat.Az xəbər verir ki, bu yay "Selta"dan Səudiyyə Ərəbistanı təmsilçisinə tranfer edilən 21 yaşlı futbolçunun dediklərini tanınmış insayder Fabritsio Romano sosial şəbəkə hesabları üzərindən belə çatdırıb:
"Əl-Əhli"yə yalnız pula görə keçməmişəm. Bu, mənim peşəkar inkişafım üçün ən yaxşı variant idi. Gənc mütəxəssisin rəhbərliyi altında oynamaq, çoxsaylı ulduzlarla eyni komandanın formasını geyinmək, eləcə də liqanı daha yaxşı etmək istəyi mənim üçün olduqca önəmli məqamlardır. Verdiyim qərarla qürur duyuram. İki il öncə özümü Səudiyyə Ərəbistanında təsəvvür edə bilməzdim, amma indi çox xoşbəxtəm".
Cari mövsüm "Əl-Əhli" forması ilə bütün turnirlərdə 6 matça çıxan Veyqa 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubu ilə müqaviləsinin müddəti 2026-cı ilə qədərdir.
Nihat