Almaniyanın “Ayntraxt” komandasının yeni baş məşqçisi müəyyənləşib.
Fanat.Az xəbər verir ki, mövsüm bitən kimi Oliver Qlasnerlə vidalaşan Bundesliqa təmsilçisi Dino Toppmöllerlə anlaşıb.
42 yaşlı mütəxəssislə müddəti 2026-cı ilin iyununa kimi nəzərdə tutulmuş müqavilə imzalanıb.
2010-cu ildən məşqçiliyə başlamış Toppmöller son olaraq “Bayern”də sabiq baş məşqçi Yulian Nagelsmannın köməkçisi olub.