Bundesliqa klubunda yeni baş məşqçi

Bundesliqa klubunda yeni baş məşqçi

Almaniyanın “Borussiya” (Mönhenqladbax) komandasının yeni baş məşqçisi məlum olub.

Fanat.Az xəbər verir ki, Bundesliqa təmsilçisini bundan sonra isveçrəli futbol mütəxəssisi Xerardo Seoane çalışdıracaq.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 44 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanıb.

İsveçrəli məşqçi bir neçə gün öncə istefaya göndərilmiş Daniel Farkeni əvəz edib.

Seoane daha öncə Almaniyanın “Bayer”, İsveçrənin “Yanq Boyz” və “Lutsern” komandalarına da rəhbərlik edib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər