"Bundan sonra özümüzə gələ bilmədik" - Yürgen Klopp 

"Bundan sonra özümüzə gələ bilmədik" - Yürgen Klopp 

"Liverpul"un baş məşqçisi Yürgen Klopp Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununu - "Enfild"də "Real Madrid"ə 2:5 hesabı ilə uduzduqları matçı şərh edib.

Fanat.Az xəbər verir ki, BBC alman mütəxəssisin dediklərini belə çatdırıb:

"Başlanğıc mükəmməl idi. Hər şey ideal alınmışdı. Biz məhz belə oynamaq istəyirdik. Buraxdığımız qollara rəğmən, ilk yarıda çox yaxşı təsir bağışladığımızı düşünürəm...

Hesab 2:3 olandan sonra vəziyyət dəyişdi. Təbii, əks-hücumda mükəmməl oynayan rəqibə qarşı mübarizə aparırsansa və artıq hesabda geri düşmüsənsə, deməli, vəziyyət o qədər də yaxşı deyil... Bundan sonra özümüzə gələ bilmədik. Biz bütün oyunu ilk yarıdakı kimi keçirməliydik. Lakin toparlanmağı bacarmadıq.  

Biz Madridə yollanacaq və orada futbol oynayacağıq. Əlbəttə, çətin olacaq. Hərçənd o matça qədər Premyer Liqada bir neçə oyun keçirməli və "Real Madrid"ə məğlubiyyətdən nə dərəcədə dərs çıxardığımıza əmin olmalıyıq".

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər