Buffonun qələbə sevinci hər kəsi heyrətləndirdi - VİDEO

Buffonun qələbə sevinci hər kəsi heyrətləndirdi - VİDEO

"Parma"nın qələbə qolu Canluici Buffonu (Gianluigi Buffon) çox sevindirib. 

Fanat.Az klubun rəsmi "Twitter" səhifəsinə istinadən xəbər verir ki, 43 yaşlı qapıçı komandasının qol sevincini qeyd edərkən 100 metrlik meydanı 11 saniyəyə qət edib.

"Parma" rumınyalı futbolçusu Mixeile oyunun 93-cü dəqiqəsində komandasının yeganə qolunu vurub. Buna sevinən qapıçı Mixeile ilə sevincini bölüşmək üçün meydanın rəqibə aid olan istiqamətinə qaçıb.

Həmin maraqlı epizodun videogörüntüsünü təqdim edirik:

 

Xatırladaq ki, İtaliyanın II Divizionu sayılan B Seriyasında çıxış edən "Parma" "Benevento" ilə qarşılaşmada 1:0 hesabı ilə qələbə qazanıb.

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər