Buffondan "Parma"ya "yaşıl işıq"

Buffondan "Parma"ya "yaşıl işıq"
Tanınmış qapıçı Canluici Buffon peşəkar futbola başladığı "Parma" klubuna keçə bilər. 
Fanat.Az xəbər verir ki, bu barədə idman jurnalisti Fabritsio Romano şəxsi tvitter hesabında məlumat yayıb. 
O, 43 yaşlı əlcək ustasının "Parma" ilə müqavilə variantı üzərində düşündüyünü yazıb. 
Qeyd edək ki, "Yuventus"un qapıçısına 5 klubdan təklif gəlib. Ancaq onun "Parma"nı seçəcəyi real görünür.
Xatırladaq ki, Buffon 1996-2001-ci illərdə "Parma"nın şərəfini qoruyub. 
 
Röya
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər