Buffon Muhammedə çatdı

Buffon Muhammedə çatdı

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində dünən İtaliya Makedoniyanı qəbul edib. Fanat.Az xəbər verir ki, 1:1 hesablı bərabərliklə bitən oyun meydan sahiblərinin qapıçısı Canluici Buffon üçün milli formada 172-ci olub.

 

Bu göstərici ilə "Yuventus"un 39 yaşlı qolkiperi dünya sıralamasında 4-cü pilləyə qalxıb.

 

O, Muhammed Ad Daye (Səudiyyə Ərəbistanı) ilə oyun sayını bərabərləşdirib. Hazırda yığmadakı oyun sayına görə Avropada hamını qabaqlayan Buffon dünya sıralamasında yalnız 3 futbolçudan - Klaudio Suares (Meksika, 177 oyun), Husam Hasan (Misir, 178) və Ahmed Hasandan (Misir, 184) geri qalır.

Fanat.Az

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər