Buffon: "43 yaşıma qədər burdayam, sonrasına baxarıq"

Buffon: "43 yaşıma qədər burdayam, sonrasına baxarıq"
"Yuventus"un qapıçısı Canluici Buffon qarşıdakı planları barədə danışıb.
Fanat.Az xəbər verir ki, bu günlərdə Turin klubu ilə yeni birillik müqavilə bağlayan qolkiper "Sky Sport Italia"ya açıqlamasında belə deyib:
"40 yaşım tamam olandan bəri gücüm tükənənə qədər oynamağı qarşıma məqsəd qoymuşam. Vəziyyəti nəzarətdə saxlamaq çox önəmlidi. 43 yaşıma qədər burdayam. Sonrasına isə baxarıq. Yüksək səviyyədə oynaya bildiyim qədər oynayacam. İndi yaxşı formadayam və oyunlara əla köklənirəm. Məni başqa heç nə bu qədər xoşbəxt etmir".
Qeyd edək ki, karyerasına "Parma"da başlayan Buffon "Yuventus"da 17 il keçirdikdən sonra - ötən mövsüm PSJ-nin də uğurları üçün çalışıb və yenidən Turin təmsilçisinə dönüb.
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər