Budaq Nəsirovun komandası - “Sportinq B” Portuqaliya Sequndasının XXII turu çərçivəsində növbəti oyununu keçirib. Fanat.Az xəbər verir ki, “zolaqlılar” “Portimonense”nin qonağı olub. Meydan sahibləri qonaqların daşını daş üstdə qoymayıb – 4:0.
Budaq komandası hesabda 2 top fərqiylə geridə olarkən meydana çıxıb.
22 oyundan sonra hesabında 25 xal olan “Sportinq B” turnir cədvəlində 16-cıdı.
Fanat.Az