Budaq Nəsirov bu dəfə ehtiyatda qaldı

Budaq Nəsirov bu dəfə ehtiyatda qaldı

Portuqaliya Sequnda liqasında IV turun oyunları keçirilib. Fanat.Az xəbər verir ki, azərbaycanlı futbolçu Budaq Nəsirovun komandası "Sportinq B" səfərdə "Famalikan"la qarşılaşıb. 

Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 1:1. İlk iki turda meydana çıxmayan, ötən tur yeni komandasında debüt edən Budaq bu dəfə ehtiyatda qalıb.

Qeyd edək ki, 4 turdan sonra "Sportinq"in ikinci komandası 4 xalla 22 komanda arasında 17-ci pillədə qərarlaşıb.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər