Budaq lider üzərində zəfərə sevindi

Budaq lider üzərində zəfərə sevindi

Portuqaliya Sequndasında IX turun oyunları keçirilir. 

Fanat.Az xəbər verir ki, həmyerlimiz Budaq Nəsirovun şərəfini qoruduğu “Sportinq B” də növbəti matçına çıxıb. 

 

“Zolaqlılar” öz meydanında liderlə - “Santa Klara” ilə üz-üzə gəlib. Bol qollu oyunda Budaq və komanda yoldaşları sevinən tərəf olub - 4:3. Nəsirov 90 dəqiqə oynayıb.

 

9 çempionat matçında hesabına 13 xal yazan "Sportinq B" turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər