"Bu sualı Tuxelin özünə versəniz, daha yaxşı olar" - Tomas Müller

"Bu sualı Tuxelin özünə versəniz, daha yaxşı olar" - Tomas Müller

"Bayern Münhen"in hücumçusu Tomas Tuxel komandanın baş məşqçisi Tomas Tuxeli bu posta layiq sayıb-saymadığı ilə bağlı sualı cavablandırıb.

Fanat.Az xəbər verir ki, "Bayern & Germany" alman oyunçunun dediklərini belə çatdırıb:

"Bu sualı futbolçulara yox, Tuxelin özünə versəniz, daha yaxşı olar. Biz bu mövzuda danışacaq adamlar deyilik. Əlbəttə, "Bayern"in indiki durumu o qədər də yaxşı deyil. Amma belə suala cavab vermək hötmətsizlik sayılar. Bizim işimiz məşqçinin dediklərini icra etməkdir".

Xatırladaq ki, Tuxel ötən ilin martından "Bayern"in baş məşqçisidir. Hazırda 50 xalı olan Münhen təmsilçisi Almaniya Bundesliqasının turnir cədvəlində 2-ci pillədə mövqe tutub. Lider "Bayer Leverkuzen"in isə 55 xalı var.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər