"Bu, mənim həyatımın ən böyük səhvi idi" - Buffon etiraf etdi

"Bu, mənim həyatımın ən böyük səhvi idi" - Buffon etiraf etdi

"Parma"nın 45 yaşlı qapıçısı Canluici Buffon həyatının ən böyük səhvinin 2018/2019 mövsümündə formasını geyindiyi PSJ-dən ayrılmaq olduğunu deyib.

Fanat.Az xəbər verir ki, İtaliya futbolunun canlı əfsanələrindən olan qolkiperin söylədiklərini tanınmış insayder Nikolo Skira şəxsi "Twitter" hesabı üzərindən ictimaiyyətə çatdırıb:

"PSJ-də oynamaq karyeramın ən yaxşı təcrübəsi idi. Mən meqakomandada çıxış edirdim. Texniki hazırlıq baxımından bütün digər komandaları üstələyirdik. Təəssüf ki, Çempionlar Liqasında istəyimizə çata bilmədik. Paris təmsilçisini tərk etmək həyatımın ən böyük səhvi idi. 10 milyon avrodan imtina etdim və PSJ-dən ayrılmağa qərar verdim".

Qeyd edək ki, Buffon PSJ ilə Liqa 1-in və Fransa Superkubokunun qalibi olub.

Nihat 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər