Futbol üzrə Azərbaycan I Divizionda XXI tur çərçivəsində daha iki oyun keçirilib.
Fanat.Az xəbər verir ki, "Sumqayıt-2" MOİK-lə, "Qəbələ-2" isə "Turan Tovuz-2" ilə münasibətlərinə aydınlıq gətirib.
Sumqayıtdakı görüşdə qonaqlar, Qəbələdə isə meydan sahibləri qələbə qazanıb.
14 mart “Sumqayıt-2” – MOİK 0:1 Qol: İlham Allahverdiyev, 58-pen. Hakimlər: Kamran Əliyev, Kərim Zeynalov, Anar Bədəlov, Rəsul Babayev Hakim-inspektor: Anar Salmanov AFFA nümayəndəsi: Maşallah Əhmədov “Kapital Bank Arena” (ehtiyat meydança), 14:00
“Qəbələ-2” – “Turan Tovuz-2” 2:0 Qollar: Xəyal Xudaverdiyev, 51. Mehrac Baxşalı, 54 Hakimlər: Əli Əliyev, Ruslan Quliyev, Səbuhi Soltanov, Mahmud Bağırzadə Hakim-inspektor: Rövşən Əhmədov AFFA nümayəndəsi: Mübariz Hüseynov Qəbələ şəhər stadionu (ehtiyat meydança), 15:00 (canlı/Insports.Tv)
Qeyd edək ki, tura sabah yekun vurulacaq. Texniki səbəbi əsas gətirərək PFL-ə müraciət edən "Araz Naxçıvan"ın xahişinə əsasən, bu komandanın "Zirə-2" ilə matçı martın 14-dən 15-nə dəyişdirilib:
15 mart
“Araz Naxçıvan” – “Zirə-2” Hakimlər: Şamil İmanzadə, Vüqar Bayramov, Asif Abdullayev, Murad Səlimov Hakim-inspektor: Orxan Məmmədov AFFA nümayəndəsi: Elman Musayev Naxçıvan Muxtar Respublika stadionu, 15:00 (canlı/Insports.Tv)